27 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” mənim üçün darıxır” – Donald Gerye

FutbolPress“Neftçi”nin futbolçusu Donald Gerye Premyer Liqanın 7-ci turunda “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib.

Haitili futbolçu uğursuzluq zolağından çıxdıqlarını deyib:

– Formaya düşməyin yeganə yolu çox çalışmaqdır. Bunu son müsahibəmdə də demişdim. Çox çalışdıq və bu gün nəticəni gördünüz.

– Komandanın oyunundan razı qaldınız?
– Təbii ki, biz qalib gəldik. Narazı ola bilmərəm. Əgər heç-heçə etmiş olsaydıq, xoşbəxt olmazdıq. Qələbə qazandıq və buna görə meydana çıxmışdıq.

– “Qarabağ” üçün darıxmırsan?
– Məncə, “Qarabağ” mənim üçün darıxır.

– “Qarabağ”ın oyunlarını izləyirsən?
– Əlbəttə. Mən bu klubda oynamışam. Avropadakı oyunlarını izləyirəm.

– “Neftçi” qol burxadıqdan sonra müdafiədə oturdu. Bu komandanın öz meydanında müdafiəyə çəkilməsi nə deməkdir?
– Mən deməzdim ki qorxurduq. Biz də insanıq, yorula bilərik. Sona qədər vuruşduq, layiqli qələbə qazandıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43