“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXVI turunda “Qəbələ”yə qarşı oyunda azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib.
İdmanxeber.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra “CBC Sport”a açıqlamasında bunları söyləyib:
“Mövqeyi olmayan adamlardır. Onlar məni bir neçə ay öncə göyə atırdılar. Həm də məni bura rəhbərlik gətirib, azarkeşlər gətirməyib. Rəhbərlik nə vaxt istəsə, onda istefaya gondərəcək”