UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, final matçında Almaniyanın “Ayntraxt” və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gəlib.
İspaniyadakı “Ramon Sançes Pisxuan” stadionunda baş tutan qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında daha dəqiq olan almanlar kuboku əldə edib.
UEFA Avropa Liqası
Final
18 may
23:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Reyncers” (Qlazqo, Şotlandiya) – 1:1 (penaltilər – 5:4)
Qollar: Borre, 69 – Aribo, 57
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu.