21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Finlandiya – Azərbaycan oyununun hakimləri açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Jasmin Sabotic
Baş hakimin köməkçiləri: David Mateus Santos, Dani Dias Balsa
Dördüncü hakim: Jeremi Muller
(Hakimlər briqadası Lüksemburqdandır)
Qeyd edək ki, iyunun 7-də Helsinkidə “Helsinki Football Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.