23 Dekabr 2024
Kateqoriyasız

Azər Salahlı: “Əsas tilsimi qırmaq idi”

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turunda Bakıda Belarusu 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra yığmamızın müdafiəçisi Azər Salahlı “CBC Sport” kanalına açıqlama verib:

 

“Yaxşı oyun və yaxşı qələbə alındı. Qələbəni bizi dəstəkləyən azarkeşlərə həsr edirik. Digər oyunlarda da yaxşı oynamışdıq, ancaq qol imkanlarından yararlana bilmirdik. Bu matçda fürsətləri qola çevirə bildik.

Bu matça son oyun kimi çıxmışdıq. Şükürlər olsun ki, qələbə qazana bildik. Əsas tilsimi qırmaq idi. Qarşıdakı iki oyunda maksimum oynayıb, qalib gəlmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43