“Neftçi”nin oyunlarına izləyirəm. Azərbaycanda yaxşı günlər keçirmişəm, yalnız xoş sözlər deyə bilərəm. “Neftçi” böyük klubdur. Onların uğurlu çıxışını görmək istəyirəm. Bu, mənim üçün də çox xoş olar”.
Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin sabiq futbolçusu Qoran Paratski deyib. O, daha sonra komandanın Konfrans Liqasında mübarizəni dayandırmasından və cari mövsümdəki şanslarından danışıb:
“Rapid”lə iki görüşü də izləmişdim. Çox heyif ki, komanda növbəti mərhələyə yüksələ bilmədi. Təəssüflənsək də, futbolda belə hallar olur. Bakıda son dəqiqədə buraxılan qol məsələni həll etdi. “Neftçi” üçün yaxşı sonluq olmadı. Avrokuboklar çox fərqlidir, burada maksimum diqqətli olmaq lazımdır. Ancaq yenə də həyat davam edir. Qarşıya baxmaq lazımdır. Məncə, bu mövsüm “Neftçi” “Qarabağ”ı üstələyə bilər. Onlar böyük klubdur, yaxşı heyətə sahibdirlər. Nəzərə alaq ki, əsas rəqibi avrokuboklarda mübarizə aparacaq. Diqqətlərini daha çox ora yönəldəcəklər. Bu, yorğunçuluq yaratmaya bilməz. “Neftçi” bundan istifadə etməlidir.
Təcrübəli futbolçu çempionatımızın səviyyəsi barədə də söz açıb: “Azərbaycan liqasında səviyyə yüksəkdir. Komandalar heç də zəif deyil. İnfrasturktur və reklam durumunu düzəldib, Premyer Liqaya daha da keyfiyyətli futbolçular cəlb etmək olar”.
Qeyd edək ki, Paratski 2018-19-cu illərdə “ağ-qaralar”da çıxış edib.

