Azərbaycanlı mütəxəssis Novruz Əzimov Moldovada çalışacaq.
İdmanxeber.az xəbər verir ki, o, “Dinamo-Avto”nun baş məşqçisi təyin olunub. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. Novruz Əzimov artıq komandanı məşqə çıxarıb.
Novruz Əzimov daha əvvəl “Bakı” və “Neftçi”də baş məşqçi, “Kəpəz”də məşqçi kimi çalışıb.