“Qarabağ”ın Bakıda Fransanın “Nant” komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün biletlər satışa çıxarılıb.
İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Iticket.az”dan, Ağdam klubunun Park Bulvardakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.
1 şəxsiyyət vəsiqəsi ilə 3 bilet əldə etmək mümkündür.
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək “Qarabağ” – “Nant” görüşü saat 20:45-də başlayacaq.