“Sumqayıt” klubunun yeni baş məşqçisi məlum olub.
İdmanxeber.az xəbər verir ki, “kimyaçılar” Samir Abasova tapşırılıb.
44 yaşlı mütəxəssisin müqaviləsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub. O, bu postda belaruslu Aleksey Baqanı əvəzləyib.
Abasov 2015-2018-ci illərdə “Sumqayıt”a rəhbərlik edib.