“Qarabağ” klubunda işləmiş türkiyəli mütəxəssis Önder Karavelinin yeni klubu məlum olub.
İdmanxeber.az xəbər verir ki, 48 yaşlı məşqçi “Adanaspor”u çalışdıracaq. Tərəflər arasında razılaşmanın detalları açıqlanmayıb.
Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək “Qarabağ” klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.