21 İyun 2026
Kateqoriyasız

“Qarabağ”a qalib gələ bilərdik” – “Olimpiakos”un vaxt aparan qapıçısı

“Olimpiakos”un qapıçısı Aleksandros Pasxalakis Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, bunları deyib:

“Avrokuboklardakı debütümə görə şadam. Qalib gələ bilərdik. Səfər oyunu olsa da, 3 xal qazanmağı çox istəyirdik. Alınmadı, evə 1 xalla qayıdırıq. Amma hər şey yaxşı keçdi. Komandama kömək etməyi bacardım. İlk gündən məni isti qəbul edən yoldaşlarıma təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43