Kateqoriyasız

Boksçularımızın rəqibləri bilindi

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri bəlli olub.

Təmsilçilərimizdən ilk olaraq rinqə Zeynəb Rəhimova çıxacaq. Onun Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək.

Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.

Avropa çempionatı, Budva

15 oktyabr, 1/8 final
Zeynəb Rəhimova (52 kq) – Alyona Savçuk (İtaliya)

17 oktyabr, 1/8 final
Günel Rəhimova (48 kq) – Demye-Jade Rejtan (İngiltərə)

19 oktyabr, 1/4 final
Anaxanım İsmayılova (50 kq) – Yaroslava Marinçuk (Ukrayna)
Şəhla Allahverdiyeva (66 kq) – Yelena Yaniçiyeviç (Serbiya)

21 oktyabr, 1/2 final
Aynur Rzayeva (+81 kq) – Zayra Qarsia (İspaniya)/Darya Kozores (Moldova)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43