“Olimpiakos”un qapıçısı Aleksandros Pasxalakis Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra yerli mətbuata açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, o, bunları deyib:
“Avrokuboklardakı debütümə görə şadam. Qalib gələ bilərdik. Səfər oyunu olsa da, 3 xal qazanmağı çox istəyirdik. Alınmadı, evə 1 xalla qayıdırıq. Amma hər şey yaxşı keçdi. Komandama kömək etməyi bacardım. İlk gündən məni isti qəbul edən yoldaşlarıma təşəkkür edirəm”.

