“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Qəbələ” ilə oyunun (1:1) ardından mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, o qarşılaşmanı belə şərh edib:
“Azarkeşlərimizi təbrik edirəm. Onlara təşəkkür edirəm ki, məğlub olanda da komandanın yanında dururlar. Bilirdik ki, çətin oyun olacaq. “Qəbələ”nin təcrübəli futbolcuları var. Ancaq komanda yaxşı oynadı. Hədəfimiz xal və xallar qazanmaq idi.
Bahadur Həziyev və Kamal Mirzəyev komandanın əsas oyunçularındandı. Özlərini narahat hiss edirdilər deyə oyuna sonradan qoşuldular. Onların əsas heyətdə meydana çıxa bilməmələri bu səbəbdəndi”.

