28 İyul 2026
Dünya futbolu

PSJ Çempionlar Liqasının ikincisi oldu

PSJ-nin Çempionlar Liqası kuboku həsrəti davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu bu il də istədiyi çempionluğu qazana bilmədi. Komanda 1/8 final mərhələsində “Bavariya”ya məğlub olaraq, turnirlə vidalaşdı.

PSJ ÇL-də bu titulu qazana bilməməsinə rəğmən, ən çox oyun keçirən ikinci komanda ünvanına sahib olub. Belə ki, Fransa klubu sözügedən turnirdə 137 oyunda meydana çıxıb.

ÇL tarixində kubok almamış ən çox oyun keçirən klub “Arsenal”dır. London təmsilçisi 177 dəfə bu turnirdə forma geyinsə də, titulu heç vaxt qazana bilməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43