“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu “Sampdoriya” ilə dünənki matçda (4:2) heyətdə yer almayıb. Oyundan sonra “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri futbolçunun zədəsi barədə danışıb.
İtaliyalı mütəxəssis fransalı oyunçunun 3 həftə yaşıl meydanlardan kənar qalacağını bildirib.
Pol Poqba bu mövsüm “Yuventus”da 2 matç keçirib.

