“Real” klubunun sabiq əfsanəvi futbolçusu Raul Qonzales yaxın gələcəkdə komandanı çalışdıra bilər.
İdmanxeber.az nüfuzlu AS nəşrinə istinadən xəbər verir ki, Karlo Ançelotti baş məşqçi postundan getsə, komanda ispaniyalı sabiq futbolçuya tapşırılacaq.
İtaliyalı mütəxəssisin “Real”la müqaviləsi 2024-cü ilə qədərdir. Braziliya millisinin Ançelottini dəvət etməkdə maraqlı olduğu bildirilir.
Raul hazırda İspaniya üçüncü divizionunda 4-cü olan “Kastilya”ya rəhbərlik edir. Mənbə yazır ki, klubda hər kəs əfsanəvi futbolçunun komandanın başına keçməsini istəyir.