Dünya futbolu

Zaniolonun qolu “Qalatasaray”ı ziyana saldı

“Qalatasaray” Nikolo Zaniolo üçün “Roma” ilə bağladığı müqavilədəki xüsusi maddə aktivləşib.

İdmanxeber.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, komandalar arasındakı sözləşmədə özəl maddə olub. Belə ki, əgər Zaniolo ilk rəsmi matçında qol vurarsa, müqavilədə paytaxt klubunun 1,5 milyon avro əlavə bonus alacağı bildirilib.

İtaliyalı oyunçu isə Super Liqanın son turunda İstanbul təmsilçisi ilə çıxdığı ilk rəsmi matçda “Kasımpaşa”ya qol vurmağı bacarıb. Bu səbədən də həmin aktivləşib.

“Qalatasaray”ın yaxın vaxtlarda həmin məbləği A Seriyası klubuna ödəyəcəyi gözlənilir.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43