Dünya futbolu

Yurgen Klopp portuqaliyalını istəyir

“Liverpul” “Fulhem”un yarımmüdafiəçisi Joau Paqlina ilə maraqlanır.

İdmanxeber.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Yurgen Klopp 27 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir.

Paqlina keçən yay “Sportinq”dən 20 milyon funt-sterlinqə 5 illik müqavilə ilə “Fulhem”ə keçib. Hazırda onun 60 milyon funt-sterlinq dəyəri var.

Portulqaliyalı bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43