Dünya futbolu

Məhkəmə “Barselona”nın müraciətini qəbul etmədi

“Barselona” Qavinin yeni müqaviləsinin qeydiyyatının ləğv edilməsinə etiraz edir.

İdmanxeber.az-ın məlumatına görə, La Liqa futbolçunun maaşının doğru göstərilmədiyi üçün oyunçunun sözləşməsini qəbul etməmişdi. Kataloniya klubu bunun ardından apellyasiya şikayəti verib.

Məhkəmə isə “Barselona”nın müraciətini qəbul etməyib. Buna səbəb kimi də rəhbərliyin təyin olunan müddətdən sonra müraciət etdiyi göstərilib.

Qavi iş üzrə yekun qərar qəbul olunana qədər əsas komandanın oyunçusu kimi qeydə alınacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43