17 İyul 2026
Dünya futbolu

Mahir Emrelili “Konyaspor” “Qalatasaray”a qarşı

Türkiyə Super Liqasının 26-cı turuna start verilir.

İdmanxeber.az-ın məlumatına görə, turun açılış matçında Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” evdə “Qalatasaray”ı qəbul edəcək. Ötən tur “Giresunpor”a qarşı debüt edən millimizin üzüvünün bu görüşdə də meydanda olması gözlənilir.

Hazırda 31 xalla 8-ci sırada yer alan Konya klubu ardıcıl 14 oyundur qələbə qazanan İstanbul təmsilçisindən xal almağa çalışacaq.

Görüşə start heyətdə başlaması ehtimal olunan Emrelinin qarşılaşmadakı performansı maraqla gözlənilir.

“Konyaspor” – “Qalatasaray” matçı bu axşam saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43