“Fənərbağça”nın baş məşqçisi Jorje Jesus “Sevilya” oyunu sonrası mətbuat konfansı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib. O, cari mövsüm Super Liqada pley-off sisteminin tətbiq edilməsinin lazım olduğunu bildirib:
“Mövsüm sonunda çempion kimin olacağının fərqi yoxdur, oyunlar meydanda qazanılmalıdır. Mənə görə, çempionat bitəndən sonra 4 komanda öz arasında pley-off oynamalıdır. Oyunlar stol arxasında yox, meydanda qazanılmsın. Hazırda iki kubok üçün də mübarizəmizə davam edirik. Super Liqada yenidən liderliyi ələ keçirə bilərik. Ancaq yenə deyirəm ki, bu çempionatda idman prinsipləri işləmir”.
“Fənərbağça” evdə “Sevilya”ya qarşı 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə 2:0 uduzduğu üçün Avropa Liqası ilə vidalaşıb.