PSJ Lionel Messi ilə müqaviləni uzatmaqdan vaz keçib.
İdmanxeber.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, Paris klubu argentinalı futbolçu ilə sözləşmə imzalamaqda tərəddüd edir. Ulduz futbolçu Fransa çempionatının son turunda “Renn”ə qarşı görüşdə (0:2) azarkeşlərin təpkisinə məruz qalıb.
Bu səbəbdən də rəhbərlik Messi ilə danışıqları davam etdirməyə ehtiyat edir. Argentinalının PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.
35 yaşlı hücumçu bu mövsüm PSJ ilə 32 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

