“Atletik” klubunun müdafiəçisi İniqo Martines yayda komandadan ayrıla bilər.
İdmanxeber.az “Diario Sport”a istinadən xəbər verir ki, “Atletiko” 31 yaşlı futbolçunu rənglərinə bağlamaq niyyətindədir. Təcrübəli oyunçunun mövsüm sonu klubu ilə müqaviləsi başa çatır.
Madrid təmsilçisi isə Martinesi azad agent kimi heyətinə cəlb etmək niyyətindədir. Yerli mətbuat daha öncə “Barselona”nın da müdafiəçinin xidmətində maraqlı olduğunu yazmışdı.
Martines bu mövsüm 12 oyuna çıxıb və 1 qol vurub.