2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinə start verilib.
İdmanxeber.az-ın məlumatına görə, H qrupundakı ilk oyunda Qazaxıstan evdə Sloveniya millisinə uduzub – 1:2.
Gecənin əsas qarşılaşma isə Neapol şəhərində İtaliya və İngiltərə milliləri arasında gerçəkləşib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. İngiltərə yığması 80-ci dəqiqədə azlıqda qalsa da, görüşdən qalib ayrılıb.
AVRO-2024, seçmə mərhələ
I tur
23 mart
C qrupu
23:45. İtaliya – İngiltərə – 1:2
Qollar: Mateo Retegi, 56 – Deklan Rays, 13. Harri Keyn, 44 (pen.)
Qırmızı vərəqə: Lük Şou, 80 (İngiltərə)
23:45. Şimali Makedoniya – Malta – 2:1
Qollar: Elif Elmas, 6. Darko Çurlinov, 72 – Yannik Yankam, 86
H qrupu
19:00. Qazaxıstan – Sloveniya – 1:2
Qollar: Maksim Samorodov, 23 – David Brekalo, 47. Jan Vipotnik, 78
22:45. Danimarka – Finlandiya – 3:1
Qollar: Rasmus Hoylunn, 21; 82; 90+3 – Oliver Antman, 53
22:45. San Marino – Şimali İrlandiya – 0:2
Qollar: Dion Çarlz, 24; 55
J qrupu
23:45. Portuqaliya – Lixtenşteyn – 4:0
Qollar: Juan Kanselu, 8. Bernardu Silva, 47. Kriştianu Ronaldu, 51 (pen.); 63
23:45. Slovakiya – Lüksemburq – 0:0
23:45. Bosniya və Herseqovina – İslandiya – 3:0
Qollar: Rade Kruniç, 14; 40. Amar Dediç, 63