Almaniyalı baş məşqçi Tomas Tuxel “Bavariya”da çalışmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, o, Münhen klubu ilə 2,5 illik müqavilə imzalayacaq. Yerli mətbuat yazır ki, rəhbərlik Naqelsmanla yolları ayırır.
Onun yaxın günlərdə istefaya göndərilməsi gözlənilir. Tuxellə isə həftəsonuna qədər yeni sözləşmə bağlanacaq.
“Bavariya” 25 turdan sonra Bundesliqada 52 xalla ikinci pillədədir. Birinci sıradakı “Borussiya”nın 53 xalı var.