Ötən gün karyerasını bitirən Mesut Özil xarici mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, türk əsilli sabiq futbolçu “Real”da çıxış etdiyi dönəmdən də söz açıb. O, Kristiano Ronaldo barədə xoş sözlər söyləyib:
“Onunla birlikdə oynamaq mənim üçün xoş idi. Ronaldo bütün zamanların ən yaxşı oyunçusudur. Meydanda ikimiz də bir-birimizi çox yaxşı başa düşürdük, hər şey mükəmməl idi.
Mən assit edirdim, o, qol vururdu. Heç vaxt imkan qaçırmayan oyunçuya ötürmə vermək bir hədiyyədir”.

