08 İyul 2026
Dünya futbolu

“Başıma gələn hər şey üçün Tanrı cavabdehdir” – Lionel Messi

Lionel Messi 2022 Dünya Kuboku barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu çempion olmamışdan əvvəl komandanın çox əziyyət çəkdiyini bildirib:

“Yadımdadır, milliyə necə gəldim və nəsə alınmadığı üçün çox narahat oldum. Dəfələrlə uduzmuş finallar, Amerika kuboku, xırda şeylərə görə qalib gələ bilmədiyimiz dünya çempionatı haqqında düşündüm.

İndi yaşadığımız hər şey arxada qaldı. Mükafatımız böyükdür. Mənim başıma gələn hər şeyə üçün Tanrı cavabdehdir. Hər şeyin belə olacağına qərar verdi. İndi həzz almaq və irəli baxmaq lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43