08 İyul 2026
Dünya futbolu

“Qalatasaray” “İnter”in futbolçusunu istəyir

“Qalatasaray” heyətini gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Nikol Zaniolodan sonra daha bir italiyalı futbolçu ilə maraqlanır.

“Sarı-qırmızılar” “İnter”in üzvü Roberto Qagliardinini transfer etmək istəyir.

İtaliya millisinin oyunçusu Milan klubunda yetərincə forma şansı almır. Onun mövsüm sonu komandadan ayrılması gözlənilir.

Qagliardini ilə Premyer Liqa təmsilçisi “Lester”in də maraqladığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43