İspaniya III liqasında keçirilən “Kordoba” – “Rasinq” görüşündə qorxulu anlar yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunun 11-ci dəqiqəsində ev sahibi komandanın oyunçusu Draqisa Qudelj huşunu itirərək yerə yıxılıb. Həkimlərin dərhal müdaxiləsindən sonra 25 yaşlı futbolçu özünə gəlsə də, dərhal xəstəxanaya çatdırılıb.
Klubdan edilən açıqlamaya görə, Draqisanın qısa müddətdə ürəyi dayanıb. O, həkimlərin ürək masajı etməsinin ardından həyatda qalıb.
Yaşanan hadisədən sonra hakimlər oyunun təxirə salınmasına qərar verib.

