“Qarabağ” – Qalatasaray” qarışalaşması Türkiyə futbol ictimaiyyətində də geniş yer alıb.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin tanınmış şərhçisi Ertem Şener oyunla bağlı sosial şəbəkə hesabından bir neçə paylaşım edib.
O, Mauro İkardinin penaltidən fərqlənməsinin ardından “İkardi Asiya qitəsində ilk qolunu “Qarabağ”a yox, “Fənərbağça”ya vurub” – deyə, paylaşım edib.
Şener “Qalatasaray”ın vurduğu qollardan sonra Bakı Olimpiya Stadionunda səsləndirilən musiqiyə də toxunub:
“Qarabağ”a halaldır. “Qalatasaray”ın vurduğu hər qolda “sarı-qırmızılar”ın “qol marşı”nı belə düşünüblər. Bu, əsl bir incəlik, nəzakətdir”.


