“Qalatasaray”ın hücumçusu Mauro İkardi “Qarabağ” oyununun ardından sosial şəbəkə hesabından paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, xeyriyyə məqsədi ilə keçirilən matçda komandasının qələbə qolunu vuran argentinalı azarkeşlərə təşəkkür edib:
“Zəlzələdən əziyyət çəkən insanlara dəstək olduğunuz üçün təşəkkürlər Azərbaycan”.
Görüş “Qalatasaray”ın 2: 1 hesablı qələbəsi ilə sona çatıb.


