“Qarabağ”ın futbolçusu Abdullah Zubirinin “Qalatasaray”a qarşı çıxışı diqqətləri üzərinə çəkib.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı oyunçunun performansı türkiyəli tərəfdarların da rəğbətini qazanıb. Onlar sosial şəbəkələrdə Zubirin “sarı-qırmızılar”a gəlməsi üçün kampaniya başladıblar.
Azarkeşlərdən bir neçəsi yarımmüdafiəçiyə “Qalatasaray”a gəl” yazıblar. Hətta bəzi fanatlar rəhbərlikdən 31 yaşlı oyunçunun alınmasını tələb edib.


