07 İyul 2026
Dünya futbolu

İngiltərə klubu Harri Keyn üçün sərvət verir

“Tottenhem”in hücumçusu Harri Keyn yayda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Mançetser Yunayted”in yaydakı öncəliyi hücumçu transferidir. Baş məşqçi Erik Ten Haq rəhbərlikdən ilk olaraq forvard alınmasını tələb edib.

“Qırmızı şeytanlar”ın trasnfer siyahının ilk pilləsində Keyn yer alır. Rəhbərlik yayda ingiltərəli futbolçu üçün London klubuna təklif göndərməyə hazırlaşır.

Mançester klubu Keyn üçün “Tottenhem”ə 91 milyon avro təklif edəcək. 

29 yaşlı hücumçu London təmsilçisi ilə 425 matçda 271 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43