07 İyul 2026
Dünya futbolu

“Məndən asılı olsaydı, “Barselona”nı tərk edərdik”

Ansu Fatinin atası futbolçunun “Barselona”dakı mövqeyindən narazıdır.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Kataloniya klubundan ayrılmaq istəmir. Ancaq atası onun davamlı oynamamasından narazıdır:

“Ansu “Barselona”dan ayrılmaq istəmir, amma mən onun uğur qazanmasını istəyirəm. Artıq stadiona gəlməyəcəyəm, kluba çox əsəbləşmişəm. Ansunun bu qədər az oynaması məni narahat edir.

Söhbət İspaniya millisinin üzvü olan futbolçudan gedir. O, daha çox şeyə layiqdir. Xavinin Ansunu niyə oynatmadığını bilmirəm. Onun öz səbəbləri var. Ansu onu çox sevir, çünki Xavi həmişə onun kumiri olub. Amma mən bir ata kimi çox qəzəbliyəm.

Hər şey məndən asılı olsaydı, sabah “Barselona”nı tərk edərdik. Mən Ansuya dedim ki, vəziyyət dəyişməsə, biz getməli olacağıq. Amma o, mənimlə razılaşmır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43