08 İyul 2026
Dünya futbolu

Derbi öncəsi “Fənərbağça”ya sevindirici xəbər

Türkiyə Super Liqasının 27-ci turunda “Beşiktaş”la qarşılaşacaq “Fənərbağça”da zədəli futbolçuların durumu bəlli olur.

İdmanxeber.az-ın məlumatına görə, zədəli oyunçulardan Enner Valensiya və Emre Mor hazırlıqlarını salonda davam etdiriblər. Onların qısa vaxtda komanda ilə məşqlərə başlayacağı da bildirilir.

Zədəli olan digər futbolçular Mişi Batşuayi, Luan Peres, Linkoln Enrike və Ostervolde isə məşqdə iştirak etməyiblər.

“Fənərbağça” – “Beşiktaş” matçı bazar günü saat 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43