Türkiyə futbolunda daha bir maraqlı hadisə baş verib.
İdmanxeber.az-ın məlumatına görə, ötən gün birinci liqada keçirilən “Erzurumspor” – “Altay” matçınin baş hakimi Burak Olcar 90 dəqiqənin sonunda oyuna 10 dəqiqə əlavə edib. Lakin qarşılaşmanın 97-ci dəqiqəsində final fitini səsləndirib. Dördüncü hakimin müdaxiləsindən sonra səhvini anlayan Burak Olcar paltardəyişmə otağına gedən futbolçuları geri qaytarıb və oyunu davam etdirib.
Qeyd edək ki, görüş “Altay”ın 4:2-lik qələbəsi ilə yekunlaşıb.