Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” Super Liqada növbətini matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Ümraniyespor”la qarşılaşıb. 4 qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib – 2-2.
Mahir də bu oyunun iştirakçısı olub. O, matça start heyətdə başlasa da, 67-ci dəqiqəqə əvəzlənib.
“Konyaspor” 35 xalla 8-ci pillədə qərarlaşıb.