Türkiyə Super Liqasının 28-ci turunda “Fənərbağça” “Beşiktaş”ı qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, görüşdə hesabı ev sahibi komanda açsa da, meydandan məğlub ayrılıblar. “Beşiktaş” ikinci hissədə vurduğu qollarla matçı 4:2 hesabı ilə qazanıb.
“Fənərbağça”nın hücumçusu Enner Valensiya ilk hissədə qazanılan penaltini qola çevirsə də, ikinci yarı on bir metrlik cərimə zərbəsində “ağ-qaralar”ın qapıçısı Mert Günoku keçə bilməyib.
“Beşiktaş”ın müdafiəçisi Velinton isə ikinci yarının əvvəlində səbəb olduğu penaltidən sonra meydan qovulub.
Bu məğlubiyyətin ardından “Fənərbağça” lider “Qalatasaray”dan 9 xal geriyə düşüb.

