10 İyul 2026
Ölkə futbolu

“Tarixi gün oldu”  – Murad Musayev

Sabah”ı, azarkeşlərini təbrik etmək istəyirəm. Önəmli nəticə əldə etdik. Bu gün xüsusi gündür, avrokuboklara vəsiqəni təmin etdik, medalları da həmçinin. Amma medalların meyarını bilmirik, qarşıda oyunlar var. Tarixi gün oldu. İnanıram ki, “Sabah”ın tarixinə bu cür anları yazacağıq. Oyuna gəlincə, rəqibin qolu bizə mənfi təsir etdi. İkinci yarıda dəyişikliklər etdik. Oyuna sonradan daxil olanların qələbə payı çoxdur. Xarakter göstərərək qələbə qazandıq. İkinci yarıda hər iki tərəf hücumlar etdi. “Qəbələ” yaxşı futbol oynayır. Onlara uğurlar arzulayıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Qəbələ” oyunu sonra deyib. O, daha sonra belə davam edib:

“Avrokuboklara vəsiqəni təmin etmək qarşımıza qoyulan məqsəd idi. Amma biz rahatlaşa bilmərik. Oyunçularla da danışanda dedik ki, mövsüm ərzində böyük iş görmüşük və dayanmaq lazım deyil. Daha da irəli getmək lazımdır. Qarşıdakı 8 oyunu “Qəbələ”yə qarşı ikinci yarıda keçirdiyimiz kimi keçirməliyik.

İslam dinində bəziləri orucu erkən, bəziləri ondan gec açır. Rəqibin 9 nömrəli futbolçusu pauza verdi və orucunu açdı, su içdi. Nəsə yedi. Qısa müddət keçməmiş bütün oyunçular getdilər oruc açmağa, su içməyə. Mən ona etiraz edirdim ki, bir pauza verək, orucunu açsınlar, daha sonra davam etsinlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43