11 İyul 2026
Dünya futbolu

“Çelsi” argentinalı mütəxəssislə danışıq aparır

“Çelsi” Qrem Potterin yerinə baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, London klubu artıq bir neçə mütəxəssislə danışıqları davam etdirir. Onlardan biri də  Maurisio Poçettinodur.

Argentinalı çalışdırıcı daha öncə Premyer Liqada “Tottenhem” klubunun baş məşqçisi olub. O, son olaraq 2022-ci ildə PSJ-dən ayrılıb.

“Bavariya”nın sabiq baş məşqçisi Yulian Naqelsman da London klubunun baş məşqçi postuna namizəddir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43