11 İyul 2026
Ölkə futbolu

AFFA-dan klublara pul cəzası

AFFA Nizam İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Misli Premyer Liqasının XXVIII turunun “Turan Tovuz” – “Sumqayıt”  oyununda qonaqların futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir.
Misli Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “Səbail”  oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə Gəncə klubu 1600 manat cərimə edilib.
“Sabah” – “Qəbələ”  oyununda da eyni hal yaşandığı üçün ev sahibi komanda həmin məbləğdə cərimələnib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43