“Qalatasaray” klubu baş məşqçi Okan Burukun maaşını artıracaq.
İdmanxeber.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb. Bildirilir ki, gənc mütəxəssis gələn ildən illik 30 milyon avro qazanacaq.
Onun hazırkı maaşı 20 milyondur. Rəhbərlik Okanla mövsümün əvvəlində 1+1 illik sözləşmə imzalayıb.
“Qalatasaray” Super Liqada birinci pillədədir.

