“Fənərbağça” “Beşiktaş” məğlubiyyətinin (2:4) ardından antirekordunu təkrarlayıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda cari mövsüm doğma meydanda “Qalatasaray”a da 0:3 hesabı ilə uduzmuşdu. Bununla da “Fənər” 1960-61 mövsümündəki uğursuzluğu təkrarlayıb.
Belə ki, “sarı-göylər” 62 il sonra ilk dəfə bir mövsümdə doğma meydanda əzəli rəqibləri “Beşiktaş” və “Qalatasaray”dan üç və daha üstü qol buraxıb.

