İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, gecənin əsas qarşılaşmasında “Barselona” evdə “Real”ı qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ardından Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti matç barədə fikirlərini bildirib:
“Mükəmməl oyun keçirdik, əks halda bu stadionda 4:0 hesabı ilə qalib gəlmək mümkün olmazdı. İlk hissənin əvvəlində problemlər yaşadıq, amma ilk qol matçın dinamikasını dəyişdi.
Belə bir oyunda xarakter və təcrübə vacibdir. Bütün oyunçularım möhtəşəm bir matç keçirdilər.
Kamavinga hələ gəncdir. O, indi yaxşı formadadır və özünü istənilən mövqedə göstərir. Müdafiəyə meyilli yarımmüdafiəçi kimi, cinah müdafiəçisi kimi. O, yeni xüsusiyyətlərə alışır. Yaxşı duel keçirdi.
Fevralda zarafatlaşdım ki, finala çıxacağıq. La Liqa matçında olduğu kimi eyni yanaşmanı saxladıq, amma Rodriqonun mövqeyinin şərhini dəyişdim. Kiçik detallar matçlara həlledici təsir göstərir.
Finala gedən yolda vacib maneəni dəf etdiyimiz üçün soyunub-geyinmə otağında bayram etdik”.

