07 İyul 2026
Ölkə futbolu

AFFA-dan klublara pul cəzası

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 29-cu turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 

 

Misli Premyer Liqasının 29-cu turunun “Səbail” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununda qonaq komandanın futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra qonaq komandanın  baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.

Misli Premyer Liqasının 29-cu turunun “Qarabağ” – “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43