“Mançester Siti” Çempionlar Liqasında İngiltərə klubları arasında rekorda imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər”in Çempionlar Liqasında evdəki məğlubiyyətsizlik seriyası 25 matça çıxıb. Komanda bu müddətdə meydandan 23 qələbə, 2 heç-heçə ilə ayrılıb.
Bu, İngiltərə klubları üçün rekord göstəricidir. “Mançester Siti” bu oyunlarda rəqib qapılarına 81 dəfə yol tapıb cə cəmi 19 qol buraxıb
“Bavariya” və “Mançester Siti” arasında cavab oyunu aprelin 19-da Münhendə keçiriləcək.

