“Real” yayda heyətini gücləndirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” “Borussiya”da çıxış edən Jud Bellinqemi transfer etməkdə israrlıdır. “Bild” nəşri yazır ki, oyunçunun yüksək təzminatı olduğu üçün “Liverpul” ondan vaz keçib.
Hazırda ingiltərəli futbolçuya yeganə namizəd “Real”dır. Madrid təmsilçisi Dortmund klubuna bonuslar da daxil olmaqla təxminən 100 milyon avro ödəməyə hazırdır.
19 yaşlı yarımmüdafiəçinin “Borussiya” ilə 2025-ci ilə qədər müqaviləsi var.

