09 İyul 2026
Dünya futbolu

“Real” qalib gəldi, “Napoli” uduzdu – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 ilk oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmalar İspaniya və İtaliyada təşkil olunub.

Turnirin son qalibi “Real” İngiltərənin “Çelsi” komandasını qəbul edib. Görüş Madrid təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0.

Günün daha bir qarşılaşması İtaliyanın iki təmsilçisi – “Milan” və “Napoli” arasında olub. 

Qarşılaşma Milan klubunun minimal hesablı qələbəsi ilə sona çatıb – 1:0.

12 aprel
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

23:00. “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:0

 Qol: Kərim Benzema, 22. Marko Asensio, 74

Qırmızı vərəqə: Ben Çiluell, 59 (“Çelsi”)

Madrid, “Santyaqo Bernabeu” stadionu
Baş hakim: Fransua Letesyo (Fransa)

23:00. “Milan” (İtaliya) – “Napoli” (İtaliya) – 1:0

Qol: İsmael Bennaser, 40

Milan, “Cüzeppe Meatsa” stadionu
Baş hakim: İştvan Kovaç (Rumıniya

Qeyd edək ki, ilk oyun günündə “Mançester Siti” İngiltərədə Almaniya “Bavariya”sını böyük hesabla yenib – 3:0. İtaliya “İnter”i isə Portuqaliyada “Benfika” üzərində inamlı qələbə qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43