09 İyul 2026
Dünya futbolu

“Komanda oyuna yaxşı nəzarət etdi” – Ançelotti

“Real” Çempionlar Liqasının 1\4 final mərhələsinin ilk oyununda “Çelsi” üzərində qələbə (2:0) qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti görüş barədə fikirlərini bildirib. O, qələbəyə layiq olduqlarını bildirib:

“Mən xoşbəxtəm, yaxşı oynadıq. İlk dəqiqələrdə mövqeləri ən yaxşı şəkildə seçməsək də, sonradan komanda oyuna yaxşı nəzarət etdi.

Bu, Çempionlar Liqasının 1/4 finalıdır, biz həm bərabər olanda, həm də azlıq qalanda üstün olan tərəf idik.

Belə matçlarda Modriç və Kroos kimi təcrübəli futbolçulara malik olmaq üstünlükdür. Onlar dərhal özlərini göstərirlər”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43